Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanlı rəssam spirtli içkidən zəhərlənib öldü


  • 0
Azərbaycanlı rəssam spirtli içkidən zəhərlənib öldü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanlı rəssam spirtli içkidən zəhərlənib öldü

İranda məşhur rəssam saxta spirtli içkidən zəhərlənərək ölüb.

 Xəbəroxu.Az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, rəssam Xosrov Həsənzadə saxta spirtli içkidən komaya düşüb və Tehranda xəstəxanaların birində vəfat edib.

Həsənzadə 1963-cü ildə Tehranın cənubunda, azərbaycanlı ailəsində anadan olub. Rəssamın əsərləri İran, İngiltərə, Livan, Hollandiya və Birləşmiş Ərəb Əmirlikləri kimi bir çox ölkələrdə sərgilərdə nümayiş etdirilib.

Əsərlərin bəziləri hazırda Britaniya Muzeyi, Los Anceles Gözəl Sənətlər Muzeyi, Huston Gözəl Sənətlər Muzeyi, Torontodakı Ağa Xan Muzeyi və Tehran Müasir İncəsənət Muzeyində saxlanılır.

Son Xəbərlər