Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Baltik dənizində NATO-nun irimiqyaslı hərbi təlimləri başlayıb


  • 0
Baltik dənizində NATO-nun irimiqyaslı hərbi təlimləri başlayıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Baltik dənizində NATO-nun irimiqyaslı hərbi təlimləri başlayıb

Estoniya və Latviya sahillərində keçirilən iki həftəlik təlimlərə Almaniya rəhbərlik edir. Şimal Sahili təlimi ilk dəfə olaraq alyansın ərazisinin müdafiə ssenarisini sınaqdan keçirir.

Xeberoxu.Az 
Xarici KİV-ə istinadən xəbər verir ki, Latviya və Estoniya sahillərində Almaniyanın rəhbərlik etdiyi NATO dəniz qüvvələrinin iki həftəlik təlimləri başlayıb. 

Bu il Şimali Atlantika Alyansının 14 ölkəsindən üç mindən çox hərbi qulluqçu 2007-ci ildən mütəmadi olaraq keçirilən Şimal Sahili şərti adı altında təlimlərdə iştirak edir.

Onların arasında təkcə Baltikyanı ölkələr deyil, İtaliya, Fransa, Kanada, ABŞ kimi ölkələr də var. Təlimlərə 30-a yaxın gəmi və kater, o cümlədən bir sualtı qayıq, 20-yə yaxın təyyarə və müxtəlif suüstü bölmələr cəlb olunub. 

Almaniyanın Rostok şəhərindəki qərargahın rəhbərliyi ilə keçirilən təlimlər Baltik dənizindəki müttəfiqlər arasında əməkdaşlığın yaxşılaşdırılmasına yönəlib. İlk dəfə olaraq Şimal Sahili manevrləri NATO ərazisinin müdafiəsi ssenarisinin hazırlanmasına əsaslanır. 

Sentyabrın 11-də səhər saatlarında Riqa limanında və sahil yaxınlığında toplaşan bölmələr açıq dənizə çıxdı. Onlar minaaxtaranlıq, topçuluq, sualtı naviqasiya, elektron müharibə, kəşfiyyat və quru əməliyyatları, liman müdafiəsi iştirakçıları ilə qarşılıqlı fəaliyyət üzrə təlim keçəcəklər.

Son Xəbərlər