Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bill Qeytsin rus qadınla münasibəti ortaya çıxdı


  • 0
Bill Qeytsin rus qadınla münasibəti ortaya çıxdı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bill Qeytsin rus qadınla münasibəti ortaya çıxdı

İnsan alverində ittiham olunan maliyyəçi Cefri Epşteyn "Microsoft"un qurucusu, milyarder Bill Qeytsi Rusiyadan olan Mila Antonova adlı aktrisa ilə gizli münasibətinə görə hədələyib.

Xəbəroxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazır.

Mənbənin məlumatına görə, 2017-ci ildə Epşteyn Qeytsə məktub göndərib və bu məktubda onun dəstəyini almadığı təqdirdə o zaman evli olan milyarderi ifşa edə biləcəyini bildirib.

Qeyd olunur ki, Qeyts Antonova ilə təxminən 2010-cu ildə, o, 20 yaşında olanda tanış olub.

Antonova "BridgePlanet" adlı layihə üçün 500 min dollar lazım olduğu üçün 2013-cü ilin noyabrında Epşteyn ilə görüşüb və nəticədə o, layihəyə investisiya qoymaqdan imtina edib.

Uğursuzluqdan sonra Mila proqramçı olmaq qərarına gəlib və bir neçə tanışından təhsili üçün ona borc pul istəyib.


Epşteyn onun proqramçı təhsilini ödəyib.

Mənbələr qəzetə bildiriblər ki, 2017-ci ildə, Qeyts və Antonovanın münasibətləri bitdikdən bir neçə il sonra, Epşteyn Qeytsdən Antonovanın təhsil haqqının ona geri ödənilməsini xahiş edən e-poçt göndərib.

Epşteyn məktubu Qeytsi JPMorgan Keys ilə yaratmaq istədiyi xeyriyyə fonduna qoşulmağa razı sala bilmədikdən sonra göndərib.

Məktubu görən qəzetin həmsöhbətləri bildiriblər ki, maliyyəçi Qeytsə məxfi münasibətindən xəbərdar olduğunu və dəstək almadığı təqdirdə onu ifşa edə biləcəyi eyhamını vurub.

Qeytsin sözçüsü heç bir ödəniş etmədiyini və Epşteyn ilə heç bir maliyyə əlaqəsi olmadığını söyləyib. 

"Cənab Qeyts Epşteyn ilə yalnız xeyriyyə məqsədilə görüşüb. Epşteyn bu məsələlərdən kənara çıxmaq üçün bir neçə dəfə cəhd etdikdən sonra o, uğursuz keçmiş münasibətlərdən istifadə edərək cənab Qeytsi təhdid etməyə çalışdı", - deyə "Microsoft" qurucusunun sözçüsü bildirib.

Qeyd edək ki, Epşteyn 2019-cu ilin yayında ABŞ-də saxlanılıb və 14 yaşlı qızlar da daxil olmaqla, qadın alverində, onları fahişəliyə sövq etməkdə günahlandırılıb.

Həmin ilin avqustunda kamerada maliyyəçinin meyiti tapılıb. Məhkəmə-tibbi ekspertiza ölüm səbəbinin intihar olduğunu təsdiqləyib.

Son Xəbərlər