Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Blinkendən müharibə ilə bağlı açıqlama: "Moskva belə bir təklif irəli sürərsə..."


  • 0
Blinkendən müharibə ilə bağlı açıqlama: "Moskva belə bir təklif irəli sürərsə..."
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Blinkendən müharibə ilə bağlı açıqlama: "Moskva belə bir təklif irəli sürərsə..."

"Moskva belə bir təklif irəli sürərsə, Ukrayna Rusiya ilə danışıqlara hazır olacaq".

Xeberoxu.Az Xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Entoni Blinken ABC News telekanalına müsahibəsində deyib .

O qeyd edib ki, Vaşinqton danışıqlara qoşulmaqla Kiyevi dəstəkləyəcək. “Əgər o [Rusiya prezidenti Vladimir Putin] belə bir maraq göstərsə, o zaman düşünürəm ki, danışıqlara birinci ukraynalılar girəcək və biz onların arxasında olacağıq”, - Blinken bildirib. O, həmçinin əlavə edib ki, münaqişə “ədalətli və davamlı şərtlərlə” başa çatmalıdır.

Bundan əvvəl Britaniya parlamentinin Lordlar Palatasının üzvü Riçard Balf bildirib ki, Moskva və Kiyev arasında danışıqlar Ukrayna prezidenti Vladimir Zelenski istədiyi zaman başlayacaq. Eyni zamanda o, qeyd edib ki, Ukrayna və Rusiya coğrafi qonşudur, ona görə də sülh danışıqları qaçılmazdır. Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev yaxın gələcəkdə Moskva ilə danışıqlar aparmaq imkanını görmür.

Son Xəbərlər