Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

BMT Fransanı tənqid edib


  • 0
BMT Fransanı tənqid edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

BMT Fransanı tənqid edib

BMT Fransanın məktəblərdə əbayə (müsəlman qadınların geyimi) geyinilməsinə qadağa qoymasını tənqid edərək beynəlxalq insan haqları hüququna əsasən, dini etiqadın məhdudlaşdırılmasına yalnız çox məhdud şəraitdə icazə verildiyini xatırladıb.

Xeberoxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi Marta Urtado Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq, dinin və ya inancın təzahürünə, o cümlədən geyim seçiminə məhdudiyyətlərə yalnız çox məhdud hallarda - ictimai təhlükəsizlik, ictimai asayiş, sağlamlıq və ya əhalinin mənəviyyatı ilə bağlı hallarda icazə verilir. Bundan başqa, insan hüquqları sahəsində beynəlxalq hüquqa əsasən, ictimai asayiş naminə görülən tədbirlər uyğun, zəruri və mütənasib olmalıdır”, - o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi vurğulayıb ki, digər məqam gender bərabərliyinə nail olmağın qadınların və qızların azad seçim etmələrinə mane olan maneələri başa düşməyi və geyim seçimləri də daxil olmaqla onların özlərinin qərar qəbul etmələrini dəstəkləyən mühitin yaradılmasını tələb etməsidir.

Daha əvvə iyul ayında Fransanın təhsil naziri təyin olunmuş Qabriel Attal məktəblərdə əbayə geyinməyi qadağan etmək qərarına gəldiyini bildirərək bu tədbiri təhsil müəssisələrinin rəhbərləri ilə müzakirə edəcəyini söyləmişdi.

Son Xəbərlər