Bomba partlayışında 3 nəfər öldü, 4 nəfər xəsarət aldı
Kolumbiyanın Norte de Santander departamentində törədilən partlayışda ikisi polis olmaqla üç nəfər həlak olub.
Xəbəroxu.Az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələri məlumat yayıb.
"Biz iki kolumbiyalı polisin və bir qadının Tibuda, Norte de Santanderdə ölümü ilə nəticələnən kolumbiyalılara qarşı hücumu qınayırıq", - SQ nümayəndəsi Tvitterdə bildirib.
Hərbçilərin məlumatına görə, partlayış nəticəsində 3 polis əməkdaşı və 4 mülki şəxs yaralanıb.