Gündəlik məzənnə

20 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu ölkə də həftədə 4 günlük iş rejiminə keçməyə başladı


  • 0
Bu ölkə də həftədə 4 günlük iş rejiminə keçməyə başladı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu ölkə də həftədə 4 günlük iş rejiminə keçməyə başladı

Portuqaliyadakı solçu hökumət tərəfindən 100-ə qədər şirkətdə həftədə 4 gün işləmək pilot layihə kimi tətbiq edilməyə başlayıb.

 Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo açıqlama verib.

O, bildirib ki, iyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin 4 günə endirilməsi praktikası işəgötürənlər və istəyən işçilər üçün başlayıb.

Nazirlikdən verilən məlumatda, 100-ə yaxın şirkətin pilot təcrübədə iştirak etdiyi və ümumilikdə 350 min avroya başa gələcək bu proqramın büdcəsinin Məşğulluq və Peşə Təhsili İnstitutu tərəfindən qarşılanacağı bildirilib.

Yeni layihəyə həftəlik iş vaxtının 40-dan 32-yə endirilməsi daxildir.

Son Xəbərlər