Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik": Tokayev


  • 0
"Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik": Tokayev
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik": Tokayev

Qazaxıstan Rusiyadan yan keçməklə malların ixracına imkan verən nəqliyyat dəhlizlərinin imkanlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Xeberoxu.Az Xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikasının Prezidenti Kasim-Jomart Tokayev ölkəsinin parlamentində çıxışı zamanı deyib.
 
Tokayev bildirib ki, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Aİ ölkələrindən keçən Transxəzər Marşrutu (TCTR) üzrə nəqliyyat ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər.

Qasım-Jomart Tokayev qeyd edib ki, ortamüddətli perspektivdə Transxəzər marşrutu ilə yükdaşımaların həcmini 5 dəfə artırmaq potensialı var.

“Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik. Baxtı keçidində yeni “quru liman”ın tikintisi, Aktauda konteyner qovşağının tikintisinin sürətləndirilməsi, Orta dəhliz boyunca Qara dənizdə limanın imkanlarının genişləndirilməsi planlaşdırılır. Artıq Çinin Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisinə başlanılıb. Bunlar Çinin “Bir Kəmər və Yol” meqalayihəsinin milli təşəbbüslərlə birləşdirilməsinin real nümunələridir”, - Tokayev bildirib.

Son Xəbərlər