Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Dünya bu hadisədən danışır - Güclü işıq şüası, naməlum maşın və insan olmayan NƏHƏNG CANLI - VİDEO


  • 0
Dünya bu hadisədən danışır - Güclü işıq şüası, naməlum maşın və insan olmayan NƏHƏNG CANLI - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Dünya bu hadisədən danışır - Güclü işıq şüası, naməlum maşın və insan olmayan NƏHƏNG CANLI - VİDEO

Aprelin 30-da ABŞ-nin Las-Veqas şəhərində baş verən hadisə zamanı bir ailə polisə zəng edərək həyətlərinə naməlum maşının düşdüyünü iddia edib.

Xəbəroxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu zaman, səmadakı işıq şüası Las-Veqas polisinin kamerasına da əks olunub. Bu işığın hətta Yuta və Kaliforniyadan da göründüyü iddia edilir.

Məlumata görə, göydəki işıq görüntülərindən 39 dəqiqə sonra polisə zəng edən adam göydən düşən parlaq bir obyekt gördüyünü deyib və sonra onlar öz həyətlərində ən azı 2,5 metr hündürlüyündə, nəhəng gözləri olan tamamilə insan olmayan varlıqlar gördüklərini söyləyiblər.

Sözügedən xəbərlə bağlı sosial şəbəkədə paylaşılan görüntülər ictimaiyyəti çaşdırıb. Yeni görüntülərdə “yadplanetli” olduğu iddia edilən “məxluq”un nə edəcəyini bilmədən bağ hasarının önündə hərəkət etdiyi müşahidə edilir. Bəzi istifadəçilər şəkillərin filmlərdə istifadə olunan "CGI" texnologiyası ilə yaradıldığını irəli sürüblər.

Son Xəbərlər