Gündəlik məzənnə

19 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ən güclü mafiyanın rəhbərlərindən biri yaxalandı


  • 0
Ən güclü mafiyanın rəhbərlərindən biri yaxalandı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ən güclü mafiyanın rəhbərlərindən biri yaxalandı

İtaliyanın ən güclü mafiya qrupu olan “Ndranqeta”nın başçılarından biri olan 49 yaşlı Paskuale Bonavota 5 il qaçışdan sonra saxlanılıb.
 
Xəbəroxu.Az-ın xarici mediaya istinadla məlumatına görə, Bonavota 2018-ci ilin noyabrında, iki qətlə görə ömürlük həbs cəzasına məhkum edildikdən qısa müddət sonra qaçıb. O, dəstə üzvlərindən biri və başqa bir mafiyanın başçısını öldürməkdə şübhəli bilinib. O, İtaliyanın ən təhlükəli cinayətkarları siyahısına salınıb və beş ilə yaxındır ki, ədalətdən gizlənib.

Genuya liman şəhərində mafioz həbs edilib. O, şəhərin kilsəsində yaxalanıb və axtarış zamanı onun üzərindən saxta şəxsiyyət vəsiqəsi tapılıb.
İttihamnamədə Bonavota "Ndranqeta"nın digər bossları ilə birlikdə "ən mühüm qərarları qəbul edən" və "Romada qumar və narkotik alverində qrupun maraqlarını qoruyan" qrupun lideri kimi təsvir edilib.

Qeyd edək ki, “Ndranqeta” İtaliyanın ən yoxsul əyaləti olan Kalabriyada yaranmış böyük italyan mütəşəkkil cinayətkar qruplaşmasıdır. 40-dan çox ölkədə cinayət fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, qrup tikinti, restoran biznesi və pərakəndə satışla məşğul olur.



Son Xəbərlər