Gündəlik məzənnə

18 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ərinin nikahdan kənar körpəsini "kislota" ilə yandırdı


  • 0
Ərinin nikahdan kənar körpəsini "kislota" ilə yandırdı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ərinin nikahdan kənar körpəsini "kislota" ilə yandırdı

Türkiyədə xəyanətə məruz qalan qadın dəhşət yaşadıb.

Xəbəroxu.Az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərində qeydə alınıb. 18 ildir evli olan 40 yaşlı Kerzi Y. əri həmyaşıdı Gökhan Y-nın onu aldatmasından şübhələnib. Qadın ərinin izinə düşərək, onun bir özbək qızla sevgili olduğunu və münasibətlərindən uşaqlarının olmasını da öyrənib.

Hiddətlənən Kerzi Y. Özbək qadının Pamukkaledəki evinə gedərək sulfat turşusunu (“kislota”) qadının və 2 aylıq uşağın üstünə atıb. Nəticədə onlar xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti normal olsa da, körpənni həyati təhlükəsi davam edir.
Hadisəni törədən Kerzi Y. yaşadığı evdə saxlanılaraq, istintaqa təhvil verilib. Araşdırma aparılır.



Son Xəbərlər