Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Gürcüstanda qatarların hərəkəti dayandı


  • 0
Gürcüstanda qatarların hərəkəti dayandı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Gürcüstanda qatarların hərəkəti dayandı

Tbilisidən Batumiyə, eləcə də ölkənin 4 regionuna və əks istiqamətə gedən qatarların hərəkəti dayanıb.

 Xəbəroxu.Az xəbər verir ki, buna güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşmələri səbəb olub.

Bildirilib ki, Batumidən İrəvana gedən qatarın da hərəkəti dayanıb. Əsas problem Marelisi və Xaraquli dəmir yolu stansiyaları ərazilərində qeydə alınıb.

Güclü leysan yağışları dəmir yolu boyunca elektrik xətlərini sıradan çıxarıb. Dəmir yolunda hərəkətin nə zaman bərpa olunacağı məlum deyil.

Hazırda qatarlardakı sərnişinlərin avtobus və digər nəqliyyat vasitələri ilə mənzil başına çatdırılması istiqamətində iş aparılır.

Son Xəbərlər