Hüseyn Əmir Abdullahian ABŞ-yə buraxılmayıb
ABŞ Dövlət Departamenti sentyabrın 25-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Vaşinqtona səfər tələbinin rədd edildiyini təsdiqləyib.
Xeberoxu.Az xəbər verir ki, İranın xarici işlər naziri ötən həftə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olub. İran mətbuatının yazdığına görə, o, ABŞ rəsmilıərindən Vaşinqtona getmək üçün icazə istəsə də, müsbət cavab almayıb.
Bildirilib ki, 1979-cu il İran inqilabından sonra İranın Vaşinqtonda səfirliyi yoxdur.