Gündəlik məzənnə

19 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İki kişi 500 min dollarlıq iPhone oğurladı - FOTO


  • 0
İki kişi 500 min dollarlıq iPhone oğurladı - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İki kişi 500 min dollarlıq iPhone oğurladı - FOTO

İki kişi “Alderwood Mall”da “Apple Store” mağazasını qarət edərək təxminən 500 min dollar dəyərində 436 iPhone oğurlayıb.

Xəbəroxu.Az xarici mediaya istinadən xəbər verir ki, kişilər soyğunçuluğa kreativ yanaşıblar: onlar mağazaya onun yanında yerləşən “Seattle Coffee Gear” kafesi vasitəsilə gəliblər. Kişilər “Apple Store” təhlükəsizlik sistemindən yan keçərək, kafenin tualetinin divarında deşik açaraq, oradan “Apple Store”un arxa otağına daxil olublar.
Bütün bunları gecə vaxtı mağazada işçi olmayan vaxt ediblər. Nəticədə 436 smartfon arxa otaqdan oğurlanıb və 500.000 dollar ziyan dəyib.

 “Seattle Coffee Gear”ın meneceri Erik Marksın dediyinə görə, o, hətta onların kafesinin tualetindən “Apple Store”a girilə biləcəyindən şübhələnməyib. Soyğunçular kafedən heç nə oğurlamayıblar, lakin qıfılların dəyişdirilməsi və divarın təmiri 1500 dollara başa gələcək.

Polis hələ də faktla bağlı araşdırma aparır. Soyğunçular hələ ki tapılmayıb.
0-İPO-1_1681131002.png 680.31 KB

Son Xəbərlər