Gündəlik məzənnə

24 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İki qatar TOQQUŞDU: 70 nəfər öldü - YENİLƏNİB


  • 0
İki qatar TOQQUŞDU: 70 nəfər öldü - YENİLƏNİB
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İki qatar TOQQUŞDU: 70 nəfər öldü - YENİLƏNİB

Hindistanın şərqində yük və sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Ölənlərin sayının 207-ə çatdığı bildirilir.

“ANI” agentliyi bildirib ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır. Hüquq-mühafizə orqanları qurbanların sayı ilə bağlı KİV məlumatlarını hələlik təsdiqləməyib.

“Hindustan Times” qəzetinin məlumatına görə, aşmış vaqonların içində bir neçə yüz insan qala bilər.

***

Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.

Yerli sakinlər qurbanların sayının 100-ə çata biləcəyini deyirlər. Dörd yüzə yaxın insanın yaralandığı bildirilir.

Qəza yerində xilasetmə əməliyyatı davam edir.

***

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarı toqquşub, ölənlər və xəsarət alanlar var.

 Xəbəroxu.Az xarici mediaya istinadən xəbər verir ki, sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

İlkin məlumata görə, hadisə nəticəsində ən azı 50 nəfər ölüb, 179 nəfər yaralanıb. Qəza Balasore şəhərindəki Bahanaga stansiyasının yaxınlığında baş verib.

Odişadakı Xüsusi Yardım Komissarlığının ofisindən verilən açıqlamada bildirilib ki, qruplar axtarış-xilasetmə əməliyyatı üçün hadisə yerinə yola düşüb.

Son Xəbərlər