Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"İlk növbədə həm Azərbaycanın, həm də Ermənistanın mövqelərini nəzərə almaq lazımdır"- Rusiya XİN-in rəsmisi

  • 0

Vasitəçilik səyləri çərçivəsində hər iki münaqişə tərəfinin mövqelərinin nəzərə alınması zəruridir.

Xeberoxu.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvada keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Qarabağda vəziyyətin diplomatik yolla nizamlanmasına dair yeni təşəbbüsü ilə bağlı suala cavabında bildirib.

M.Zaxarova bildirib ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair onun səylərinə zidd olmayan, bu səyləri təkrar etməyən və sarsıtmayan hər hansı təşəbbüsü alqışlayır.

RF XİN-in rəsmi nümayəndəsi deyib: “Digər tərəfdən, Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur və mühüm olan ondan ibarətdir ki, belə vasitəçilik səyləri çərçivəsində, ilk növbədə, hər iki münaqişə tərəfinin – həm Azərbaycanın, həm də Ermənistanın mövqelərini nəzərə almaq lazımdır. Bu, hər hansı vasitəçiliyin alfa və omeqasıdır”.

Son Xəbərlər