Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Lavrov Zelenskinin çıxış edəcəyi BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək


  • 0
Lavrov Zelenskinin çıxış edəcəyi BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Lavrov Zelenskinin çıxış edəcəyi BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna prezidenti Vladimir Zelenskinin də çıxış edəcəyi BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında iştirak edəcək.

Xeberoxu.Az
-ın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya məlumat verib.

“Rusiya Təhlükəsizlik Şurasının Ukrayna üzrə yüksək səviyyəli iclasında iştirak edəcək, bu mövzuda Şuranın bütün əvvəlki iclaslarında olduğu kimi. Nümayəndə heyətinin rəhbəri, nazir Sergey Lavrov ölkəmizi təmsil edəcək”, - deyə o vurğulayıb.

Rusiyanın daimi nümayəndəsi onu da qeyd edib ki, o, bu hadisədən, eləcə də Qərb dövlətlərinin Ukraynadakı siyasiləşmiş təşəbbüslərindən heç bir real nəticə gözləmir. Onun sözlərinə görə, bu, Zelenskinin əsas rol oynayacağı növbəti “şou” olacaq.

Qeyd edək ki, sentyabrın 20-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasının keçirilməsi planlaşdırılır.

Son Xəbərlər