Gündəlik məzənnə

20 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Məktəbli qızlara narkotik verib zorladılar


  • 0
Məktəbli qızlara narkotik verib zorladılar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Məktəbli qızlara narkotik verib zorladılar

Leninqrad vilayətinin Tixvin şəhərində kişilər yetkinlik yaşına çatmayanlara narkotik maddə verib, sonra isə zorlayıblar.

 Xəbəroxu.Az Rusiya mediasına istinadla bildirir ki, hadisə zərərçəkmişlərdən birinin olayı atasına danışmasından sonra məlum olub. Onun sözlərinə görə, tanıdığı kişi ona və dostuna narkotik verib. Bundan sonra o, qızlara təcavüz etməyə başlayıb.

Ata polisə müraciət edib, sonra ikinci qızın anası da şikayətçi olub.

İlkin məlumata görə, cinayət 2023-cü il mayın 10-da törədilib. Maşınqayırma zavodunun çilingəri əvvəlcə bir qızı öz yerinə dəvət edərək onunla intim münasibətə girib. Bir gün sonra o, qızın dostunu dəvət edib və onunla da eyni şeyi edib. Mayın 17-də hadisə təkrarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bunda onun iki dostu da iştirak edib, onların hamısı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Leninqrad vilayəti üzrə regional baş idarəsinin mətbuat xidməti şübhəlilərin bir neçə aydır azyaşlılara təcavüz etdiyini bildirib.

Son Xəbərlər