Gündəlik məzənnə

2 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Mirziyoyev ABŞ-yə gedib


  • 0
Mirziyoyev ABŞ-yə gedib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Mirziyoyev ABŞ-yə gedib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Xeberoxu.Az
 Özbəkistan mətbuatına istinadən xəbər verir ki, yüksək səviyyəli qonağı hava limanında Nyu-York şəhərinin meri Erik Adams, ABŞ-Özbəkistan Ticarət Palatasının sədri Kerolin Lemm və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər proqramına uyğun olaraq, sentyabrın 19-da Özbəkistanın rəhbəri BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində çıxış edəcək, regional və qlobal gündəlikdəki aktual məsələlərə münasibət bildirəcək.

İlin əsas beynəlxalq siyasi hadisəsi çərçivəsində Mərkəzi Asiya ölkələri və Amerika Birləşmiş Ştatları liderlərinin sammiti, həmçinin xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların, ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçiriləcək.

Son Xəbərlər