Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Müdir işçisini silahla başından vurub ÖLDÜRDÜ


  • 0
Müdir işçisini silahla başından vurub ÖLDÜRDÜ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Müdir işçisini silahla başından vurub ÖLDÜRDÜ

Türkiyədə müdir işçisini başından silahla vuraraq qətlə yetirib. 

 Xəbəroxu.Az haberler.com-a istinadən xəbər verir ki, hadisə Muğlanın Bodrum şəhərində qeydə alınıb. 

Belə ki, şəhər sakinləri yol kənarında başından vurulmuş meyit aşkarlayıblar. Qısa zamanda əraziyə sağlamlıq və polis qrupları sövq edilib. Tibbi eskpertizaya göndərilən meyitin Mehmet Gülsüm adlı şəxsə məxsus olduğu bildirilib.  

Polis qətldə şübhəli bilinən 3 nəfəri saxlayıb.  Məlum olub ki,  gənc oğlan müdiri tərəfindən öldürülüb. Qətldə şübhəli bilinən M.İ. ilkin ifadəsində Gülsümə təsadüfən atəş açdığını deyib:

"İşçilərimlə birlikdə əyləncə mərkəzlərinin birinə getmişdik. Spirtli içki qəbul etdikdən sonra həmin yerdə bir qrupla mübahisə etdik. Məkandan çıxandan sonra havaya atəş açmaq istədim. Sahilə enərkən silahımdan təsadüfən atəş açıldı və Mehmetin başına dəydi. Qorxdum və hadisə yerindən qaçdım". 

Şübhəli cinayət silahı ilə birlikdə Bodrumda gizləndiyi evdə saxlanılıb. 

Bildirilir ki, Mehmet Gülsüm M.İ-nin hotelində  işləyirmiş.

Son Xəbərlər