Gündəlik məzənnə

8 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Müharibənin bitməsinə yanlız Zelenski və Putin qərar verə bilər": Ərdoğan


  • 0
"Müharibənin bitməsinə yanlız Zelenski və Putin qərar verə bilər": Ərdoğan
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Müharibənin bitməsinə yanlız Zelenski və Putin qərar verə bilər": Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, müharibənin nə vaxt bitəcəyinə yalnız Rusiya və Ukrayna prezidentləri qərar verə bilər.

Xeberoxu.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Amerikanın İctimai Televiziyasına (PBS) müsahibəsində danışıb .

"Bu müharibənin nə vaxt bitəcəyini və ya nə qədər davam edəcəyini dəqiq tarix söyləmək mümkün deyil. Bunu yalnız bu tərəflərin [Rusiya və Ukrayna] liderləri deyə bilər". - deyə Ərdoğan bildirib.

Vladimir Putinlə müzakirəyə gəlincə, prezident Ərdoğan münaqişənin uzun müddət davam edəcəyinin gözlənildiyini qeyd edib.

"Müharibənin mümkün qədər tez başa çatması üçün biz buna böyük ümid bəsləmək istərdik. Putin əslində müharibəni mümkün qədər tez bitirmək tərəfindədir". - deyə Ərdoğan bildirib.

Eyni zamanda, Ərdoğan taxıl sövdələşməsində və Ukraynadakı müharibədəki roluna görə Putinə etibar etməməsi ilə bağlı tənqidləri bir kənara atıb.

"Mən [tənqidlə] razı deyiləm. Təbii qazımın yarısı Rusiyadan gəlir, bu, bizim həmrəyliyimiz deməkdir. Biz ikitərəfli addımlar atırıq və müdafiə sənayesi sahəsində də əməkdaşlıq etmişik". -deyə Türkiyə lideri bildirib.

Son Xəbərlər