Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Pompeo Baydenə rəqib olmayacaq


  • 0
Pompeo Baydenə rəqib olmayacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Pompeo Baydenə rəqib olmayacaq

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürməyəcəyini bildirib. 

Xəbəroxu.Az xəbər verir ki, bu barədə Pompeo "Fox News"a müsahibəsində bildirib.

"Mən qərar vermişəm. Biz, 2024-cü ildə seçki yarışa qatılmamaq qənaətinə gəldik. Son il yarımda, düzünü desəm onilliklər ərzində haqqında danışdığımız problemlər bizi dərindən narahat edir. Lakin indi bizim vaxtımız deyil", deyə Pompeo bildirib. 

Mayk Pompeo 26 aprel 2018-ci ildən 2021-ci il yanvarın 20-dək dövlət katibi vəzifəsində çalışıb. Bundan əvvəl o, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru (2017-2018) və Kanzas ştatından Konqres üzvü (2011-2017) olub.

Bu həftə ABŞ-ın hazırkı prezidenti Co Bayden seçkilərdə iştirak etmək qərarını açıqlayıb. O, kampaniyanın başladığını tezliklə elan edəcəyinə söz verib. Bayden ABŞ-ın ən yaşlı prezidentidir, indi onun 80 yaşı var.


Son Xəbərlər