Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Putin Hindistan Baş naziri ilə Ukraynanı müzakirə edib


  • 0
Putin Hindistan Baş naziri ilə Ukraynanı müzakirə edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Putin Hindistan Baş naziri ilə Ukraynanı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi arasında telefon danışığı olub.

Xəbəroxu.Az-ın apa-ya istinadən verdiyi məlumata görə, Hindistan tərəfinin təşəbbüsü ilə telefon danışığı zamanı Narendra Modi

24 iyun hadisələri ilə əlaqədar qanunun və asayişin qorunması, ölkədə sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Rusiya rəhbərliyinin qətiyyətli addımlarını başa düşdüyünü və dəstəklədiyini bildirib.

"İkitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilərkən müxtəlif sahələrdə birgə iri layihələrin bundan sonra da ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib, 2022-ci ildə və bu ilin birinci rübündə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığı məmnunluqla qeyd olunub.

Hazırda Hindistanın sədrlik etdiyi ŞƏT və G20, eləcə də BRİCS formatında qarşılıqlı fəaliyyətə xüsusi diqqət ayrılıb. Bundan əlavə, Narendra Modi beynəlxalq təmasları, o cümlədən Vaşinqtona son səfəri barədə Putinə məlumat verib.

Putin və Modi Ukrayna ətrafındakı vəziyyətə də toxunublar. Rusiya prezidenti xüsusi hərbi əməliyyat zonasındakı hazırkı vəziyyəti qiymətləndirərək, Kiyevin münaqişənin həlli üçün siyasi və diplomatik addımlar atmaqdan qəti şəkildə imtina etdiyini vurğulayıb.

Telefon danışığı məzmunlu və konstruktiv keçib. Liderlər Rusiya və Hindistan arasında xüsusilə imtiyazlı strateji tərəfdaşlığı gücləndirmək üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər və gələcək təmaslar barədə razılığa gəliblər", deyə Kremlin məlumatında qeyd olunub.

Son Xəbərlər