Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Putin, Paşinyan və Əliyev ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyinə istinad edib": Lavrov

  • 0

Erməni siyasətçilərinin Moskvanın Qarabağı Azərbaycana “verməsi” ilə bağlı bəyanatları düzgün deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

"Orada hansısa xadim, səhv etmirəmsə, parlamentin rəhbəri Rusiyanın Qarabağı Azərbaycana verdiyini bildirib. Bundan yanlış və vicdansız bəyanat təsəvvür etmək çətindir. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyev ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyinə istinad edib. Bu, qətiyyən həqiqətə uyğun deyil. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Praqada 1991-ci il Alma-Ata bəyannaməsini tanıdıqları deyilən bəyanat imzalayıb, bununla da, bütün suallar bağlanıb. Ermənistanın Baş naziri beləlikə, o vaxtkı Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğu əks olunan sənədi imzalayıb.

Bizi 2020-ci ilin noyabrında Qarabağı verməkdə ittiham etmək lazım deyil, öz xalqının qarşısında müstəqil cavab vermək lazımdır”, - deyə Lavrov yekunlaşdırıb.

Son Xəbərlər