Gündəlik məzənnə

4 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Putin Qazaxıstana səfər edəcək


  • 0
Putin Qazaxıstana səfər edəcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Putin Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin payızda Qazaxıstana səfər edəcək.

Xəbəroxu.Az Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib.

Qazaxıstan Prezidenti Rusiya lideri ilə son telefon danışığının təfərrüatlarını açıqlaraq deyib ki, ölkəsinin əhalisi haqlı olaraq qonşu ölkədə baş verən iğtişaş cəhdini böyük narahatlıqla qarşılayıb: “Bu, başa düşüləndir, çünki Qazaxıstanla Rusiya arasında dünyanın ən uzun dövlət sərhədi var, biz vahid iqtisadi məkandayıq, bizi minlərlə humanitar əlaqələr və təmaslar birləşdirir. Rusiya Prezidenti ilə telefon danışığı zamanı onun konstitusiya quruluşunun və qanunvericiliyin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş hərəkətlərini tam dəstəklədiyimi bəyan etdim”, - deyə Tokayev vurğulayıb.

Qazaxıstan Prezidenti əlavə edib ki, onlar bu ilin payızında Rusiya Prezidentinin Qazaxıstana gözlənilən səfərini də müzakirə ediblər: “Bu gün fürsətdən istifadə edərək, uzunmüddətli və davamlı strateji tərəfdaşlıq formatında Rusiya ilə çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı Qazaxıstanın prinsipial mövqeyini bir daha təsdiq edirəm. Əminəm ki, bu mövqe xalqımızın maraqlarına tam cavab verir”.

Son Xəbərlər