Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Putin və Kim Çen In Uzaq Şərqdə görüşəcəklər: Onlar hansı məsələləri müzakirə edəcəklər?


  • 0
Putin və Kim Çen In Uzaq Şərqdə görüşəcəklər: Onlar hansı məsələləri müzakirə edəcəklər?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Putin və Kim Çen In Uzaq Şərqdə görüşəcəklər: Onlar hansı məsələləri müzakirə edəcəklər?

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş Uzaq Şərqdə baş tutacaq.

Xeberoxu.Az
RİA-Novostiyə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

Görüşün harada keçiriləcəyi ilə bağlı sualı cavablandıran Peskov açıqlayıb:

"Biz hələ Uzaq Şərqdə danışmırıq"- deyib.

O, ölkə liderlərinin başçılıq etdiyi iki nümayəndə heyəti arasında danışıqların baş tutacağını, bundan əlavə, təkbətək ünsiyyətin, həmçinin Putinin adından Kim Çen Inın şərəfinə rəsmi şam yeməyinin veriləcəyini vurğulayıb.

Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, regiondakı vəziyyətlə bağlı zəngin fikir mübadiləsi aparılacaq və tərəflər ikitərəfli münasibətləri də müzakirə edəcəklər.

"Bununla belə, heç bir mətbuat konfransı planlaşdırılmır"-, deyə Peskov yekunlaşdırıb.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun sözlərinə görə, Pxenyana humanitar yardımın göstərilməsi məsələsini müzakirə etmək olar.

Bundan əvvəl Şimali Koreyanın dövlət radiosu “Koreyanın səsi” KXDR liderinin sentyabrın 10-da Pxenyandan Rusiyaya gedən xüsusi qatarla yola düşdüyünü bildirib.

Son Xəbərlər