Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Putini tənqid edən jurnalist həbs edildi


  • 0
Putini tənqid edən jurnalist həbs edildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Putini tənqid edən jurnalist həbs edildi

Rusiyada Vladimir Putinin hakimiyyətinin əleyhdarlarından olan Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib.

 Xəbəroxu.Az xəbər verir ki,  41 yaşlı müxalifət fəalı və jurnalist bu gün məhkəmədə Ukraynaya müdaxiləni tənqid etdiyinə görə "vətənə xəyanət"də təqsirli bilinib.


İttihamları rədd edən və “Dediklərimlə fəxr edirəm” deyən Kara-Murza hökm elan edildikdən sonra “Rusiya azad olacaq” şüarları səsləndirib.

İngilis pasportu da olan rusiyalı dissidentə verilən həbs cəzası Londonda böyük əks-səda doğurub. İngiltərə Rusiyanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq qərara etiraz edib.

Ötən il Moskvada saxlanılan Vladimir Kara-Murza Qərb ölkələrinin Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib. Kreml Kara-Murzanı “Rusiyaya qarşı dezinformasiya fəaliyyəti həyata keçirməkdə” ittiham edərək, Rusiya ordusunun Ukraynada hərbi cinayətlər törətdiyini bildirib.

Gülayə Mecid

Son Xəbərlər