Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qadın 11 il bədənində iynə və sapla YAŞADI - FOTO


  • 0
Qadın 11 il bədənində iynə və sapla YAŞADI - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qadın 11 il bədənində iynə və sapla YAŞADI - FOTO

Kolumbiya San İsidro kəndinin sakini 39 yaşlı Maria Aderlinda Forero 11 il əvvəl keçirdiyi əməliyyatdan sonra bədənində iynə ilə sapın qaldığını öyrənib.

 Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 2012-ci ildə dörd uşaq dünyaya gətirən qadın boruların bağlanması qərarına gəlib, bundan sonra hamilə qala bilməyib.

Əməliyyatdan bir neçə gün sonra getdikcə artan ağrılardan əziyyət çəkməyə başlayıb. Həkimlər ona ağrıkəsici dərman yazıblar, amma vəziyyəti getdikcə pisləşib. Nəticədə qadına daha güclü ağrıkəsici təyin edilib.
Sonrakı 11 il ərzində Mariya daim ağrılar çəkib, yeriyə və yata bilməyib. Bu səbəbdən Forero bir neçə işi dəyişib. Xəstəxanaya dəfələrlə müraciət etdikdən və uzun illər əziyyət çəkdikdən sonra həkimlər qadına ultrasəs və MRT təyin ediblər. Müayinələr zamanı həkimlər Foreronun bədəninin içərisində 2012-ci ildə onu əməliyyat edən cərrahlardan qalan sap və iynə olduğunu aşkar edilib.
Həkimlərin səhlənkarlığı səbəbindən uzun illər əziyyət çəkdiyini bilən qadın şoka düşüb. Foreronun yad cisimləri çıxarmaq üçün əməliyyat olunub-olunmaması məlum deyil.

Screenshot 2023-05-05 143949_1683283185-min.png 111.67 KB




Son Xəbərlər