Rolls-Royce Dawn: Sona doğru
"Dawn lövhəsini canlandırmaqla, Rolls-Royce sadəcə bir avtomobildən daha artıq amillərə yeni nəfəs verdi. İlham aldığı qlamur kabriolet kimi, müasir Dawn “la dolce vita” ifadəsini, həyatın gözəlliyini və zənginliyini özündə birləşdirən həyat tərzi səciyyələndirdi.
Dawn yaxşı yoldaşlığın sevincini, macəra həyəcanını və sakit düşüncənin dincliyini əks etdirir. Həqiqətən də, bu avtomobil hər bir detalda “la dolce vita” ruhunu xatırladan müasir yaşayış tərzinin sübutudur. Dawn istehsalı sona yaxınlaşdıqca, biz markanın tarixində əlamətdar bir dövr haqqında düşünə bilərik. Bu gözəl avtomobil müasir dəbdəbəni mükəmməl şəkildə təcəssüm etdirir, eyni zamanda markanın əsas prinsiplərini və irsini qoruyur edir”, - deyə Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars-ın baş icraçı direktoru şərh edib.
Rolls-Royce Motor Cars, Dawn kabrioletinin istehsalını dayandırdığı üçün möhtəşəm, qlamur dövrün bitdiyini xəbər verir. Bu retrospektivdə marka, Rolls-Royce avtomobillərinin sırasında özünəməxsus yer tutduğu üçün brendin tarixində ən çox satılan modeli əks etdirir.
MÜASİR QLAMUR VƏ ROMANTİKA
Phantom VII, Phantom Coupé və Phantom Drophead Coupé modellərinin uğurundan sonra Rolls-Royce brendi getdikcə daha gənc, özünə inamlı və ünsiyyətcil müştəri bazası cəlb etdi. Bu yeni super-lüks seqmentinin müştəriləri, Rolls-Royce-un Goodwood dövrünün ilk transformativ modelləri kimi, super-lüks avtomobilin qlamurunu və romantikasını ələ keçirən avtomobil tələb edirdi və bunu müasir zövq və həyat tərzlərinə tam uyğun bir şəkildə edirdilər.
Rolls-Royce Motor Cars bu müştərilərin istəklərini yerinə yetirmək üçün markanın məhsul portfelində yer ayırdı. Müvafiq olaraq, dizaynerlər sadəcə Phantom Drophead Coupé-nin davamçısını deyil, tamamilə yeni növ super lüks kabriolet yaratmağa cəmləşdilər. Gözəl bir avtomobildən daha çox, o, Rolls-Royce-un əfsanəvi romantizm və qlamur mövzusuna istinad edən, eyni zamanda yeni nəslə açıq, sosial, əlçatan və müasir ifadəsini təqdim etməlidir.
Üstəlik, tamamilə yeni olmalı idi. Üç il əvvəl Rolls-Royce özünün fastback kupesi Wraith-i təqdim etdi; lakin onun dəyişdirilməsi ideyası heç vaxt nəzərə alınmayıb. Markanın dizaynerləri şirkətin geniş tarixində ilham aldılar. 1950-1954-cü illər arasında Rolls-Royce Silver Dawn kupesinin cəmi 28 nümunəsini hazırladı. Yeni başlanğıclar, təzə imkanlar və əzəmətli mənzərələrin tərifləri ilə Dawn ad lövhəsi yekdilliklə 21-ci Əsrin reenkarnasiyası üçün mükəmməl namizəd kimi təsdiqləndi.
Cazibədar zərif orijinal "la dolce vita" - "şirin həyat" ifadəsində əbədiləşdirilən öz dövrünün ruhunu mükəmməl şəkildə təcəssüm etdirir. Hər anın dadını çıxarmaq və indiki zamanda tam yaşamaq üçün bir xatırlatma olan 'la dolce vita' yoldaşlıq və rahat düşüncə, bütün gözəllik və zənginliyi ilə həyatın zövqləri üzərində dayanmağa vaxt ayırmağın vacibliyini ifadə edir.
LÜKS VƏ KOMFORTUN BİRLƏŞMƏSİ
Rejissor Federiko Fellininin məşhur filmi kontekstində 'la dolce vita' ehtiras, macəra və romantika ilə dolu bir həyat idi. Bu, duyğulu və həssas idi, bütün formalarında tənəzzül, və zövgün təmsili idi. Rolls-Royce məhz yeni açılan başlıqda, zamansız üslub, müasir sənətkarlıq və güclü dinamik xarakter vasitəsilə bunu ifadə etmək istəyirdi.
Bu baxış Dawn-ın dizaynında əks olundu. Onun sadə üslubu əllinci və altmışıncı illərin modasından ilhamlanıb, bu dəb artıq xətləri və fakturaları aradan qaldıraraq qlamur anlayışını oyadır, həmçinin istifadəçinin üslbuna necə uyğunlaşmasına diqqət yetirir. Eynilə, Dawn-ın elastik kuzovu öz sərnişinlərinə sanki paltoda yaxalıq qaldırmağa bənzər formada gizlədərk avtomobildə gözəl və özəl bir təcrübə bəxş edir.
Bir mühüm baxımdan, Dawn çoxdan qurulmuş avtomobil dizayn konvensiyasını pozdu. Demək olar ki, istisnasız olaraq, kabrioletlər 2+2 konfiqurasiyasında nəzərdə tutulub, sürücü və öndə bir sərnişin üçün tam ölçülü oturacaq, və arxa sərnişinlər və ya uşaqlar üçün iki kiçik oturacaq. Arxa oturacaqda yerin, xüsusən də ayaq üçün nəzərdə tutulan hissənin olmaması avtomobilin rahatlığını və praktikliyini azaldır - Rolls-Royce bu çatışmazlığı qəbul etməkdən imtina etdi. Beləliklə, Dawn bütün sərnişinlər üçün rahat, fərdi oturacaqları olan tam dörd nəfərlik avtomobil istehsal etdi.
Dawn dizaynı sadəliyinin arxasında bir sıra mürəkkəb mühəndislik işləmələri dayanırdı, xüsusilə də dəqiqliyi, zərifliyi və səssiz işləməsi üçün “Silent Ballet’” adlandırılan mürəkkəb tavan mexanizminin. Tavan qısa müddətə konvertasiya edilə bilən “hardtop” üzərində düşünülmüşdü, lakin markanın dizaynerləri kətan üzərində yağış damcılarını dinləmək romantikasını saxlamaq üçün Dawn-ın damının parçadan yaradılmasına qərar verdilər. Əvəzində materialların, o cümlədən parça, kaşmir və yüksək performanslı akustik kompozitlərin unikal qarışığı Dawn-ı dünyanın ən səssiz kabrioletinə çevirdi: damı bağlı olan Dawn səs izolyasiya səviyyəsinə görə Rolls-Royce Wraith-ə bərabər oldu.
MODEL SINAQ PROQRAMI
Tipik Rolls-Royce üslubuna uyğun olaraq, mühəndislər bir neçə ayı hərtərəfli sınaq proqramı vasitəsilə kabrioletin optimallaşdırılmasına sərf etdilər. Buna nail olmaq üçün sınaq subyekti uzun şaclı parik ilə təchiz edilmiş maneken idi. Bir sıra sensorlar və kameralar saçın havada necə hərəkət etdiyini dəqiq qeyd edti. Əldə edilən məlumatlar mühəndislərə Dawn-u açıq damlı aerodinamik rahatlıq ölçüsünə görə dünya lideri etməyə imkan verdi.
Kuzovda, təbii olaraq, markanın xüsusiyyəti olan “Magic Carpet Ride” idarəetmə təcrübəsi təqdim edilərək, reaksiya sürətini və hamar idarəetmə təcrübəsini birləşdirdi. Həqiqətən də, Dawn-ın daha sonra məhsul təcrübəsi zamanı amerikalı jurnalist Rixter şkalası üzrə 3,6 bal gücündə zəlzələnin, ardınca isə 2,7 bal gücündə zəlzələnin olduğu ərazidən keçdi; idaretmə hamarlığı məhz belə idi, o, bunu yalnız səhəri gün mətbuatda oxuyanda öyrəndi.
BLACK BADGE DAWN
2017-ci ildə Rolls-Royce, model sırasına Dawn-ın Black Badge versiyasını əlavə etdi. Ghost və Wraith kimi, Dawn-ın alter eqosu da xarakterini bir sıra mühəndislik və dizayn təkmilləşdirilməsindən əldə etmişdir. Brendin bu ifadəsinə çoxlarını cəlb edən üsyankar tərzə müraciət etməklə, Black Badge Dawn Rolls-Royce model sırasında özünəməxsus yer tutdu - gecələr şəhərin romantikası və cazibədarlığı ilə xarakterizə olunan bir yer.
ÖMÜRLÜK MİRAS
Cazibədarlığı ilə yanaşı, Dawn, dizayn, müasir materiallar və açıq hava sürücülük təcrübəsinin vasitəsilə Rolls-Royce-un müasir brend vədinə "la dolce vita" ruhunu gətirdi. Bununla da Dawn markaya tamamilə yeni nəsl müştəriləri cəlb etməklə öz ömürlük mirasını təmin etdi.