Rus Ordusunun yoxa çıxan generalı Əlcəzairdə görünüb
Rusiya ordusunun generalı Sergey Surovikin bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyətinin tərkibində Əlcəzairə gedib.
Xeberoxu.Az xəbər verir ki, bu barədə “Kommersant” Surovikinə yaxın mənbələrə istinadən xəbər verir.
Sentyabrın 13-də Əlcəzairdəki məscidlərdən birinin Facebook səhifəsində Sergey Surovikinin şəkli yayılıb. Xəbərdə deyilir ki, “yüksək səviyyəli Rusiya nümayəndə heyəti” məscidi ziyarət edib və imamla görüşüb.
Qeyd edək ki, Surovikin iyunun 23-də Yevgeni Priqojinin üsyanından sonra yoxa çıxmışdı.
Sentyabrın 4-də rusiyalı jurnalist Kseniya Sobçakın kanalı general Surovikin olduğu deyilən şəxsin fotosunu dərc edib.