Gündəlik məzənnə

19 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rus snayperlər Ukraynada jurnalistləri güllələdilər, biri ÖLDÜ - FOTO


  • 0
Rus snayperlər Ukraynada jurnalistləri güllələdilər, biri ÖLDÜ - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Rus snayperlər Ukraynada jurnalistləri güllələdilər, biri ÖLDÜ - FOTO

Ukraynanın Xerson vilayətində jurnalistlər rus snayperləri tərəfindən güllələnib. 

Xəbəroxu.Az  xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə ukraynalı jurnalist Boqdan Bitik həyatını itirib, İtaliyanın "La Repubblica" nəşrinin müxbiri Korrado Zunino çiynindən yaralanıb.

Məlumata görə, hadisə Dinepr çayı üzərindəki Antonovski körpüsü yaxınlığında baş verib.

Bildirilib ki, döyüş əməliyyatlarının gedişini işıqlandıran hər iki jurnalistin əynində üzərinə “Press” yazılmış gülləkeçirməz jiletlər olub.

“Onlar bizə atəş açdılar. Boqdanı yerdə gördüm, yerindən tərpənmədi. Mülki avtomobilə çırpılana qədər qaçdım. Qan içində idim, məni Xerson xəstəxanasına apardılar. Bir neçə dəfə Boqdana zəng etmək istəsəm də, cavab vermədi. O, mənim dostum, böyük qardaşım idi, bu ağrı dözülməzdir”, - deyə Zunino mətbuata açıqlamasında bildirib.

1682581305_mg_3241-min.jpeg 8.81 KB


Son Xəbərlər