Gündəlik məzənnə

7 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rusiya ABŞ-a Ermənistana görə çağırış edib


  • 0
Rusiya ABŞ-a Ermənistana görə çağırış edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Rusiya ABŞ-a Ermənistana görə çağırış edib

"ABŞ Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini artıra biləcək bəyanatlardan və hərəkətlərdən çəkinməlidir".

Xeberoxu.Az
rus mətbuatına istinadən xəbər verir ki, bu çağırışla Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov çıxış edib .

Onun sözlərinə görə, belə addımlar təsdiq edir ki, Amerika tərəfi və müttəfiqlərinin məqsədi Zaqafqaziyada vəziyyəti normallaşdırmaq deyil, Rusiyaya strateji ziyan vurmaq və onu regiondan sıxışdırıb çıxarmaqdır.

Diplomat həmçinin ABŞ hakimiyyətinin Moskvanın İrəvan üçün təhlükəsizlik sahəsində etibarlı tərəfdaş olmadığı barədə bəyanatlarını da pisləyib. “Yerli məmurların bu cür eyhamları hədsizdir. Amerikalılar, əslində, erməni siyasətçilərinin qeyri-konstruktiv ictimai bəyanatlarını təkrarlayırlar ki, onların məqsədi daxili və xarici siyasətdə öz “səhvlərinə” görə məsuliyyətdən azad olmaqdır”, -deyə Antonov bildirib.

Son Xəbərlər