Gündəlik məzənnə

20 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sərxoş dostunu evində taxta ilə döyüb öldürdü


  • 0
Sərxoş dostunu evində taxta ilə döyüb öldürdü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sərxoş dostunu evində taxta ilə döyüb öldürdü

Rusiyada qətl hadisəsi olub.

 Xəbəroxu.Az yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Blaqoveşensk rayonunun Mixaylovka kəndində baş verib. Zareçnaya küçəsindəki fərdi yaşayış evlərindən birində zorakılıq nəticəsində ölüm izləri olan 43 yaşlı kişi meyiti tapılıb. Qətldə 47 yaşlı yerli sakin və ev sahibi ittiham olunub.

Zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma faktı üzrə cinayət işinin istintaqı yekunlaşıb. Onun materiallarına görə, təqsirləndirilən şəxs cinayəti törətməzdən əvvəl dostu ilə birgə yaşadığı evdən çıxıb və rayon mərkəzinə gedib.

Kişi qayıdanda dostunu evində sərxoş vəziyyətdə görüb. Onunla mübahisə edərək onu taxta dəyənəklə döyərək başına və bədəninə zərbələr endirib. Zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.


Son Xəbərlər