Türkiyədə dəhşətli meşə yanğını baş verib
Türkiyənin Manisa vilayətində dəhşətli meşə yanğını baş verib.
Xəbəroxu.Az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Bildirilib ki, küləyin təsiri ilə alov qısa müddətdə ətrafa yayılıb.
Əraziyə dərhal 2 təyyarə, 3 helikopter, 12 su tankeri, 4 su təchizatı tankeri və 2 buldozer göndərilib.
Havadan və qurudan edilən müdaxilə ilə yanğın 1,5 saat ərzində söndürülüb.
Arzu Eynullayeva