Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ukraynada yaralanan çeçen deputatla bağlı müəmma


  • 0
Ukraynada yaralanan çeçen deputatla bağlı müəmma
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ukraynada yaralanan çeçen deputatla bağlı müəmma

Rusiya Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov Ukraynada yaralanıb.

Xəbəroxu.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin “Zvezda” kanalı yayıb. 

İlkin yayılan məlumatda Delimxanovun Ukraynada məhz harda və hansı şəraitlərdə yaralandığı, eləcə də hazırkı vəziyyəti açıqlanmayıb. 

Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak edən politoloq Kirill Sazonov isə rusiyalı deputatın Zaporojye vilayətində zərərsizləşdirildiyini bildirib. 

Çeçenistan rəhbəri Ramzan Kadırov isə öz teleqram kanalında paylaşım edərək Delimxanovla əlaqə yarada bilmədiyini deyib. 

Bununla yanaşı, Dövlət Dumasının deputatı Dmitriy Kuznetsov bildirib ki, Adam Delimxanov Dumanın sədri Vyaçeslav Volodin ilə telefonla danışıb və sağ olduğunu deyib. 

Qeyd edək ki, 53 yaşlı Delimxanovun Ramzan Kadırovun qohumu olduğu bildirilir.

Son Xəbərlər