Gündəlik məzənnə

19 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanıldı


Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanıldı

Aprelin 8-də və 9-da ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbəroxu.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.        
Narkotiklərlə əlaqəli 69, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.

Son Xəbərlər