Gündəlik məzənnə

19 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

14 illik arvadını amansızlıqla öldürən kişidən xəbər var


14 illik arvadını amansızlıqla öldürən kişidən xəbər var
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

14 illik arvadını amansızlıqla öldürən kişidən xəbər var

Kürdəmirdə 14 illik arvadını amansızlıqla öldürən Pərviz Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Xəbəroxu.Az  lent.az-a istinadən bildirir ki, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Müşfiq Məmmədovun icraatına verilib.

Məhkəmənin ilk hazırlıq iclası mayın 2-də keçiriləcək.

Qeyd edək ki, bu il yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 29 yaşlı Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 36 yaşlı Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, cütlük 14 il əvvəl ailə qurub. Son 5 ildə onlar arasında mütəmadi mübahisələr olub. Mübahisələrə səbəb isə Pərvizin spirtli içki qəbul etməsi olub. Sonuncu mübahisə zamanı isə Pərviz bıçaqla Könülü vuraraq öldürüb.

Son Xəbərlər