14 yaşlı qız evlənmək məqsədilə Masallıya qaçırılıb
Bakıda 14 yaşlı qız evlənmək məqsədilə Masallıya qaçırılıb.
Xeberoxu.Az bu haqda məlumatı Apa-ya istinadən verir.
Belə ki, Eminova Mirvari Tofiq qızı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı, 14 yaşlı qızı M.N.-in yaşadıqları evdən naməlum istiqamətdə gedib bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib.
Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.
Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.