Gündəlik məzənnə

25 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

""20 Yanvar" metrostansiyasında partlayış var" dedi... - Polis HƏRƏKƏTƏ KEÇDİ


""20 Yanvar" metrostansiyasında partlayış var" dedi... - Polis HƏRƏKƏTƏ KEÇDİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

""20 Yanvar" metrostansiyasında partlayış var" dedi... - Polis HƏRƏKƏTƏ KEÇDİ

“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub.
 
Xəbəroxu.Az xəbər verir ki, 32 yaşlı Aqil Vəliyev (şərti) axşam saatlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib.
Məsələ araşdırılan zaman məlum olub ki, belə bir hadisə baş verməyib. Məlumatı verən şəxsin isə Sumqayıtda yaşadığı müəyyən edilib. Polis əməkdaşları həmin ünvana gedərək Aqil Vəliyevi polis bölməsinə dəvət ediblər. Lakin o, bölməyə getməkdən imtina edib. Bundan sonra vətəndaşı məcburi qaydada avtopatrula əyləşdirərək Sumqayıtda 4-cü Polis Bölməsinə aparıblar. Müayinə zamanı onda orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunub. A.Vəliyev izahatında içkili olduğu üçün bu hərəkəti etdiyini deyib.
 
Aqil Vəliyev barəsində protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən protokol əsaslı hesab olunub və A.Vəliyev 30 gün müddətinə həbs edilib. ///Qafqazinfo.az

Son Xəbərlər