Gündəlik məzənnə

27 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ana və iki azyaşlı övladını öldürən məktəb direktoru barəsində YENİ XƏBƏR - VİDEO


Ana və iki azyaşlı övladını öldürən məktəb direktoru barəsində YENİ XƏBƏR - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ana və iki azyaşlı övladını öldürən məktəb direktoru barəsində YENİ XƏBƏR - VİDEO

Ötən il fevralın 20-də Bakının Nizami rayonunda ana və iki övladı qətlə yetirilib.

 Xəbəroxu.Az baku.ws-ə istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bıçaqlanaraq öldürülüb.

Aparılmış istintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il təvəllüdlü Əhəd Əliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub. Qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb. Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.

Son Xəbərlər