Gündəlik məzənnə

20 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

ANAMA Tərtərdəki partlayışla bağlı MƏLUMAT YAYDI


ANAMA Tərtərdəki partlayışla bağlı MƏLUMAT YAYDI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

ANAMA Tərtərdəki partlayışla bağlı MƏLUMAT YAYDI

Bu gün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı partlayış baş verib.

Bu barədə Xəbəroxu.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Həyatı təhlükəsi yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

Son Xəbərlər