Gündəlik məzənnə

2 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Astarada arvadını öldürüb, qayınanasına xəsarətlər yetirən şəxsin məhkəməsi başlayır


Astarada arvadını öldürüb, qayınanasına xəsarətlər yetirən şəxsin məhkəməsi başlayır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Astarada arvadını öldürüb, qayınanasına xəsarətlər yetirən şəxsin məhkəməsi başlayır

Martın 18-də yaşadıqları evdə Astara rayon Şiyəkəran kənd sakinləri 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın öldürülməsi, onun anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Astara rayon prokurorluğundan Xəbəroxu.Az-a verilən məlumata görə, istintaqla 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin bıçaqla çoxsaylı xəsarətlər yetirməklə arvadı Əfsanə Ramazanovanı öldürməsi, bundan sonra qayınanası Sevda Ramazanovaya xəsarətlər yetirməklə öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son Xəbərlər