Gündəlik məzənnə

19 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanda 11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi


Azərbaycanda 11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanda 11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi

Lənkəranda 11 yaşlı qız qohumu tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb.

Xəbəroxu.Az xəbər verir ki, həmin kənddə nənəsi ilə birgə yaşayan 11 yaşlı A.V. evdə tək qalan zaman 44 yaşlı qohumu onlara gələrək ona qarşı seksual xarakterli zorakılıq edib.

Qeyd edək ki, A.V.-nin anası Sumqayıt şəhərində yaşayır.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, həmin müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb:

“Müvafiq ekspertizalar təyin edilib. Bir nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır”.

Son Xəbərlər