Gündəlik məzənnə

19 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakı-Qazax yolunda təhlükə yaradan yük maşını sürücüləri aşkar edildi - ANBAAN VİDEO


Bakı-Qazax yolunda təhlükə yaradan yük maşını sürücüləri aşkar edildi - ANBAAN VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakı-Qazax yolunda təhlükə yaradan yük maşını sürücüləri aşkar edildi - ANBAAN VİDEO

"Bakı-Qazax yolunda yük maşını sürücüləri təhlükəli vəziyyət yaratması ilə bağlı yol polis idarəsində araşdırma aparılıb və qayda pozan sürücülər aşkar edilib".

Xəbəroxu.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib.

Onun sözlərinə görə, həmin sürücülər barəsində qanuna müvafiq olaraq sənədləşdirmə işləri aparılacaq.

“Bir daha bütün sürücülərin, xüsusən də yük maşını sürücülərin diqqətinə çatdırırıq ki, belə kobud qayda pozuntuları ilə özlərinin və digər hərəkət iştirakçılarının həyatlarını təhlükəyə atmasınlar. Yol hərəkəti qaydalarına ciddi əməl etsinlər.

Belə sürücülərə qarşı mütamadi olaraq tədbirlər görülür və bundan sonra da davam etdiriləcək”, - deyə Toğrul Nəsirli bildirib.

Son Xəbərlər