Bakı sakini rayonda külli miqdarda narkotiklə tutuldu
Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az-a verilən xəbərə görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
Nəticədə saxlanılan Bakı şəhər sakini S.Səfərovdan 1 kiloqram 365 qram heroin, 152 qrama yaxın metamfetamin, 535 qram tiryək və 67 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.