Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda 400-ə yaxın həkim bir yerə toplandı


Bakıda 400-ə yaxın həkim bir yerə toplandı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda 400-ə yaxın həkim bir yerə toplandı

Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Belə ki, iyunun 14-dən 16-dək nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda Beynəlxalq elmi-praktik konqres keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə komitəsinin rəhbər işçiləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədrinin müşaviri, həmçinin Azərbaycan, Türkiyə, Russiya, İsrail, Almaniya, Gürcüstan və Litvanın tanınmış elm xadimləri iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçılarına ETKİ-nin 45 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

Tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlama müraciəti oxunulub.

ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təşəbbüsü ilə yaradılan ETKİ-nin tarixi yoluna nəzər salıb və görülən mühüm işlərdən bəhs edib. Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru beynəlxalq konqresin ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.
Digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar və konqresin əhəmiyyəti haqqında məlumat veriblər.

400-ə yaxın həkimin iştirakı ilə keçirilən beynəlxalq konqresdə tibdə yeni istiqamət - kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb və suallar cavablandırılıb. Həmçinin konqres çərçivəsində “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçirilib.

Beynəlxalq elmi-praktik konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 23 DTT kredit balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Son Xəbərlər