Gündəlik məzənnə

1 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda 6 yaşlı oğlan səhvən başqa avtobusa minib YOXA ÇIXDI


Bakıda 6 yaşlı oğlan səhvən başqa avtobusa minib YOXA ÇIXDI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda 6 yaşlı oğlan səhvən başqa avtobusa minib YOXA ÇIXDI

Bakıda azyaşlı səhvən başqa marşrut avtobusuna minərək itkin düşüb.

Bakı Nəqliyyat Agentliyindən Xəbəroxu.Az-a verilən məlumata görə, bu barədə vətəndaş çağrı mərkəzinə müraciətində bildirib. Məlumata əsasən, vətəndaşın 6 yaşlı oğlu bu gün saat 15:30-da səhvən 88 nömrəli marşruta minib.

Müraciəti qəbul etdikdən dərhal sonra araşdırma aparılıb. Belə ki, “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara “AVL” proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verilib. 

16:25-də oğlan uşağı tapılıb və valideyni ilə əlaqə saxlanıllıb. Metronun “İçəri Şəhər” stansiyası yaxınlığında polis əməkdaşlarının müşayəti ilə ailəsinə təhvil verilib.

Son Xəbərlər