Gündəlik məzənnə

4 Mart 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda skuter oğruları tutuldu - VİDEO


Bakıda skuter oğruları tutuldu - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda skuter oğruları tutuldu - VİDEO

Abşeron rayonu Qobu, Mehdiabad, Masazır, Saray qəsəbələrində polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Xəbəroxu.Az xəbər verir ki, saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı 1 ədəd “Makarov” tapançası, 15 ədəd patron, 6 kiloqram heroin və metamfetamin aşkar edilib. Həmçinin saxlanılanlardan ikisinin 25 evdən, eləcə də 50-dən artıq velosiped və skuter oğurladığı məlum olub. 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gündə Qobu, Mehdiabad, Masazır, Saray qəsəbələri və digər ərazilərində cinayətlərin qarşının alınması, eləcə də qeydə alınan müxtəlif hüquqpozmalara qarşı təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Bu istiqamətdə Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında qəsəbə ərazisində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub.

Belə ki, bölməyə Abşeron rayon sakini Tural Məmmədovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs təxirəsalınmaz əməliyyat nəticəsində saxlanılıb. Üzərinə baxış zamanı Tural Məmmədovdan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron və həmin silaha aid “daraq” aşkar edilərək götürülüb. Tural Məmmədov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Saray, Mehdiabad və Masazır qəsəbələrində müxtəlif vaxtlarda 25 fərdi yaşayış evindən silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Rail Quliyev saxlanılıb. Onun evlərdən, pul, qızıl-zinət, təmir-tikinti və məişət əşyaları oğurladığı müəyyən edilib. Rail Quliyev ifadəsində Abşeron rayonu ilə yanaşı paytaxtın Binəqədi və digər ərazilərində də çoxsaylı mənzil oğurluqları etdiyini bildirib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə üzərində odlu silah gəzdirən Emin Əliyev və narkotik maddələrin satışını təşkil edən Rauf Mikayılov saxlanılıblar. Emin Əliyevin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd sandıqça, Rauf Mikayılovdan isə onlayn yolla əldə etdiyi çəkisi 2 kiloqram olan heroin və psixotrop maddə metamfetamnin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının qeyd edilən tədbirlər çərçivəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə Xırdalan şəhəri və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri – Elşən Əsədov və Ayxan Aslanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 3 kiloqram heroin və 1 kiloqrama yaxın metamfetamin aşkar edilib. Araşdırmalarla müəyyən edilib ki, Elşən Əsədov və Ayxan Aslanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Abşeron rayonu ilə yanaşı paytaxt və Sumqayıt şəhərində 50-dən artıq velosiped və skuter oğurlayan əvvəllər məhkum olunmuş Murad Qubadov saxlanılıb. Onun iaşə obyektlərində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan velosiped və skuterləri oğurlayaraq satdığı müəyyən edilib.

Saxlanılan şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən digər hüquqpozmalara yol verən şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Son Xəbərlər