Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bölmədə polisləri təhqir edən şəxs HƏBS OLUNDU


Bölmədə polisləri təhqir edən şəxs HƏBS OLUNDU
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bölmədə polisləri təhqir edən şəxs HƏBS OLUNDU

Bakıda polisləri təhqir edən şəxs həbs olunub.

Xəbəroxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu İ.Qutqaşınlı küçəsində baş verib. Belə ki, Bakı şəhər sakini Habil Quliyev (ad-soyad şərtidir) həmin küçədə ətrafdakı şəxslərə qarşı nalayiq ifadələr işlədib. 
Polis əməkdaşları hadisə yerinə gələrək H.Quliyevi polis şöbəsinə dəvət edib, lakin o, bu zaman polislərə müqavimət göstərib. DİN əməkdaşları onu 26-cı polis bölməsinə gətiriblər. H.Quliyev bölmənin inzibati binasında da polislərin ünvanına söyüş söyüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub. Protokol baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə H.Quliyev 30 gün müddətinə inzibati qaydada həbs edilib. /// unikal.az







Son Xəbərlər