Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Bundan əvvəl də 3 dəfə intihara cəhd edib” - Həyat yoldaşı - VİDEO


“Bundan əvvəl də 3 dəfə intihara cəhd edib” - Həyat yoldaşı - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Bundan əvvəl də 3 dəfə intihara cəhd edib” - Həyat yoldaşı - VİDEO

Ötən gün axşam saatlarında Dənizkənarı Milli Parkda qadın azyaşlı uşağı ilə birlikdə intihara cəhd edib. 

 Xəbəroxu.Az Abzas.org-a istinadən xəbər verir ki, qadının həyat yoldaşı C.C. bildirib ki, bu, qadının üçüncü intihara cəhdi imiş.

Onun sözlərinə görə, xanımı axşam saatlarında azyaşlı övladı ilə parkda gəzmək adı ilə evdən çıxıb. Sonradan onun təcili yardıma çatdırıldığı və intihara cəhd etdiyi barədə məlumat alıb. Həyat yoldaşı qeyd edib ki, N.C. nevroz xəstəliyindən əziyyət çəkir və onun ata-anası ilə məişət zəminində problemləri olub.

Bundan başqa, o, maddi sıxıntıların da ailədəki vəziyyəti gərginləşdirdiyini bildirib: "O, bundan əvvəl də 3 dəfə intihara cəhd edib. Mən qarşısını almışam. 

Bakıda kirayədə yaşayırıq, dolanışıqda çətinlik çəkirik. 200 manat kirayə pulu veririk, 50-60 manat da kommunal xərclərə çıxır. Yoldaşım deyirdi, pul çatmır. Mən də deyirdim, nə edək, aza qane olmalıyıq. Dolanışıq və sairə, hamısı üst-üstə gəldi, yükləndi".

C.C. Hərbi Dəniz Qüvvələrində gözətçi işləyərək ailəsini saxladığını söyləyib. 

O, xanımının hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə aldığını və vəziyyətinin yaxşı olduğunu bildirib.

Son Xəbərlər